Tramp daha beş və ya altı ölkənin də İsraillə münasibətləri yaxşılaşdırmağa hazır olduğunu bildirib


 

ABŞ prezidenti Donald Tramp daha beş və ya altı ölkənin İsraillə münasibətləri normallaşdırmaq üçün müqavilələr imzalaya biləcəyini deyib.

Şəffaflıq.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə o, Bəhreyn, BƏƏ və İsrail arasında Ağ Evdə müqavilə imzalanması mərasimində bildirib.

“Qoşulmağa hazır olan bir çox ölkə var. Biz beş əlavə ölkə ilə çox uzun yol qət etdik”, - deyə prezident qeyd edib. O, eyni zamanda, konkret ölkələrin adlarını çəkməyib.

Tramp bildirib ki, yeni müqavilələrin bağlanması ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl baş verə bilər. Onun sözlərinə görə, Bəhreyn, BƏƏ və İsrail arasındakı müqavilələr Yaxın Şərqdə “hərtərəfli sülhün əsası”nı qoyacaq.

“Biz bu gün tarixin gedişatını dəyişdirmək üçün toplaşmışıq. Onilliklər boyu fikir ayrılıqlarından və qarşıdurmadan sonra yeni bir Yaxın Şərqin doğuluşunu seyr edirik. Bu razılaşmalar bütün bölgədə hərtərəfli sülhün təməli olacaq. Heç kim bunun mümkün olacağını düşünmürdü” – deyə amerikalı lider müqavilələrin imzalanmasından əvvəl çıxışında vurğulayıb.

ABŞ prezidenti Bəhreyn, BƏƏ və İsrail arasındakı razılaşmaların dünya müsəlmanlarına İsrail dövlətinin ərazisindəki ziyarətgahlara giriş açacağına əmin olduğunu da bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}