“Tramp ikitərəfli münasibətlərlə bağlı dialoqa hazır olduğunu deyib”- Lavrov
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ lideri Donald Trampın ABŞ-Rusiya münasibətlərində problemlərə dair məktubu barədə danışıb.
Sergey Lavrov Rusiyanın “Birinci Kanal”ında yayımlanan “Böyük Oyun” verilişinə müsahibəsində deyib ki, ABŞ prezidenti Donald Tramp məktubunda ikitərəfli münasibətlərlə bağlı dialoqa hazır olduğunu ifadə edib.
“Prezident Tramp qısa bir məktub göndərərək ikitərəfli münasibətlərimizdəki problemləri aşmağın yollarını axtarmaq məqsədilə dialoqu davam etməyə hazır olduğunu bəyan edib”, – deyə Sergey Lavrov bildirib.
Xatırladaq ki, Rusiya XİN başçısı dekabrın 10-da ABŞ tərəfinin dəvəti ilə Vaşinqtona işgüzar səfər edib. S. Lavrov səfəri çərçivəsində ABŞ prezidenti Donald Tramp və dövlət katibi Maykl Pompeo ilə görüşüb.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, görüşlər zamanı Əfqanıstan və Suriyadakı vəziyyət, təhlükəsizlik, silahsızlaşma və strateji sabitlik məsələləri müzakirə olunub.
Şəffaflıq.az
Facebook-da paylaş