“Rusiya İsraillə danışıqlarda son mərhələyə çatıb” – Putin
Rusiya prezidenti Vladimir Putin İsrailin Avrasiya İqtisadi Birliyinə (EAUE) qoşulmağa yaxın olduğunu, bu ölkənin şirkətlərinin tezliklə Rusiya bazarına sərbəst daxil ola biləcəyi barədə açıqlama verib.
Şəffaflıq.az xarici mətbuata istinadən xəbər verir ki, dövlət başçısı həmçinin Rusiya və İsrail arasındakı sərbəst ticarət razılaşmasının “danışıqlar prosesində son mərhələyə çatdığını” və ticarət əlaqələrinin gücləndirilməsinin böyük əhəmiyyət daşıdığını deyib.
Ötən il İki ölkə arasındakı ticarət dövriyyəsinin dəyərinin 9% artaraq 3 milyard ABŞ dollarına çatdığını qeyd edən V.Putin bunun cox aşağı rəqəm olduğunu vurğulayıb. O, Rusiyanın İsraillə əsasən kənd təsərrüfatı məhsulları, o cümlədən süd istehsalı, eləcə də elm və innovasiya sahələrində əməkdaşlıq etmək istədiyini söyləyib.
Facebook-da paylaş