Əsir və girovların dəyişdirilməsi prosesi baş tutub - Ukrayna ilə Rusiya arasında
Ukrayna ilə Rusiya arasında əsir və girovların dəyişdirilməsi prosesi baş tutub.
Bu gün səhər saatlarından başlayaraq əsir və girovları daşıyan Ukrayna və Rusiya təyyarələri hər iki ölkənin paytaxt aeroportlarına enib.
Rusiyalı vəkil Mark Feyqin açıqlamasında bildirib ki, Ukraynadan 35 nəfər, o cümlədən Azov dənizində həbs edilən 24 hərbçi və digər 11 nəfər- Sentsov, Suşenko, Panov, Kolçenko, Klıx, Karpyuk, Qrib, Sizonoviç, Balux, Panov və Bəkirov qarşı tərəfə təhvil verilib.
Ukraynanın isə Rusiyaya 12 əsiri təhvil verdiyi qeyd edilir.
Xatırladaq ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində əsirlərin dəyişdiriləcəyi barədə açıqlama vermişdilər. ABŞ Dövlət Departamenti əsirlərin dəyişdirilməsi prosesini alqışlayıb./azərtac/
Facebook-da paylaş