Zelenski Putinə Minskdə görüşməyi təklif edib

 Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinə Minskdə görüşməyi təklif edib.
Bu barədə “RİA Novosti” məlumat verib.
“Hesab edirəm ki, Aleksandr Lukaşenko bizi böyük məmnuniyyətlə qəbul edəcək”, - deyə Zelenski bildirib.
Ukrayna Prezidenti əlavə olaraq sammitdə Donald Tramp, Emmanuel Makron, Tereza Mey və Angela Merkelin də iştirak etməli olduğunu qeyd edib.
“Danışmaq lazımdır? Lazımdır. Krımın kimə məxsus olduğunu və Donbasda kimlərin olmadığını müzakirə edək”, - deyə Zelenski mövzunu dəqiqləşdirib.
Təşəbbüs Ukrayna və Rusiya telekanalları arasında “Danışmaq lazımdır” adlı telekörpünün anonsundan sonra yaranıb.
Məlumata görə, Kreml artıq Ukrayna Prezidentinin təklifinə reaksiya verib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın təklifi nəzərdən keçirəcəyini deyib və dialoqun perspektivinin qiymətləndirilməsinin vacib olduğunu vurğulayıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}