“Rəsmi Ankara Aralıq dənizindəki mövqeyində qətiyyətlidir” –Türkiyə və ABŞ rəsmiləri müzakirə aparıblar
Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın ilə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O Brayen arasında telefon danışığı olub.
Məlumata görə, tərəflər telefon danışığının gedişatında Suriya və Liviyada yaranmış vəziyyət müzakirə ediblər. Bundan başqa, Kalın Aralıq Dənizinin şərqində yaranmış vəziyyət məsələsində rəsmi Ankaranın qətiyyətli olduğunu bildirib.
Qeyd edilir ki, Türkiyə nümayəndə heyətinin üzvləri Moskvada Rusiyadan olan həmkarları ilə Suriyanin İdlib vilayətində və Liviyada yaranmış vəziyyəti müzakirə edəcək.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş