Merkel Putinlə 4 məsələni MÜZAKİRƏ ETDİ
Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Angela Merkellə telefonda "Normand dördlüyü" sammitinin keçirilməsini müzakirə edib.
Şəffaflıq.az "RİA Novosti"yə istinadən xəbər verir ki, telefon danışığı Almaniya tərəfinin istəyi ilə baş tutub.
Dövlət başçıları vurğulayıblar ki, "Normand dördlüyü"nün görüşü ciddi səylə hazırlanmalı və konkret nəticələrlə başa çatmalıdır.
Putin və Merkel Suriyadkı vəziyyəti də müzakirə ediblər. Onlar Suriyada nizamlama prosesinin irəliləməsi və Konstitusiya Komitəsinin ilk iclasının keçirilməsinin vacibliyini bildiriblər.
Almaniya Nazirlər Kabinetindən bildiriblər ki, tərəflər həmçinin Liviyadakı vəziyyət və qazın Ukrayna vasitəsilə nəqli ilə bağlı davam edən danışıqları müzakirə ediblər.
Facebook-da paylaş