“ABŞ artıq Avropanı müdafiə etməyəcək” – Merkeldən sensasion açıqlama
“ABŞ artıq avtomatik olaraq Avropanı müdafiə etməyəcək”.
Şəffaflıq.az xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel Bundestaqda (parlament) çıxışı zamanı deyib.
“Avropa və ABŞ bir-birinə müəyyən dəyərlərə bağlıdır. Ancaq artıq avtomatizm yoxdur ki, onlar Avropanın müdafiəçisi rolunu oynasınlar”, - kansler vurğulayıb.
Merkel onu da əlavə edib ki, Avropanın öz təhlükəsizliyini təmin etmək üçün indi daha ciddi töhfəyə ehtiyacı var.
Xəbəri paylaş
Facebook-da paylaş