Ərdoğanla Tramp arasında telefon danışığı olub

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Şəffaflıq.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, prezidentlər ikitərəfli məsələlərlə yanaşı, Şərqi Aralıq dənizi başda olmaqla regional məsələləri də müzakirə ediblər.

Ərdoğan söhbət zamanı Şərqi Aralıq dənizində qeyri-sabitlik yaradan tərəfin Türkiyə olmadığını xatırladıb, ölkəsinin Şərqi Aralıq dənizində gərginliyin azaldılması və dialoq aparılmasından yana olduğunu, bunu da konkret addımlarla sübuta yetirdiyini qeyd edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}