Braziliyada virusdan ölənlərin sayı 94 mini keçib
COVID-19 infeksiyasından ən çox zərər çəkən ikinci ölkə - Braziliyada son sutka ərzində 25,8 min nəfər koronavirusa yoluxub.
Şəffaflıq.az xəbər verir ki, Braziliyada koronavirusa yoluxanların sayı 2 733 677 nəfərə, ölü sayı isə 94 130 nəfərə çatıb.
Ölkə xəstəxanalarında müalicə alan 1 884 051 pasiyent sağalıb. Hazırda aktiv xəstə sayı isə 755 496 nəfərdir.
Təxminən 211 milyon nəfər əhalisi olan Braziliya Latın Amerikasında COVID-19 xəstəliyinin episentri sayılır.
Ölkə koronavirus infeksiyasına yoluxma və ölüm sayına görə ABŞ-dan sonra dünyada ikinci yerdədir.
Xəbəri paylaş
Facebook-da paylaş