Braziliyada bir gündə COVID-19-a 39 min yoluxma aşkarlandı

 

Braziliyada koronavirusa yoluxanların sayı son sutkada 39 min nəfər artıb.

Şəffaflıq.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Səhiyyə Nazirliyinin məlumatına görə, bununla da virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 1 839 850-yə çatıb. Son 24 saat ərzində Braziliyada COVID-19-dan 1 071 insan ölüb. Beləliklə, ölkədə pandemiya ərzində 71 469 pasiyent ölüb.

Səhiyyə Nazirliyi bildirib ki, virusa yoluxmuş 1,1 milyondan çox pasiyent sağalıb.

Braziliya koronavirusa yoluxanların sayı üzrə dünyada ikinci yeri tutur. Ölkə həm də COVID-19 qurbanlarının sayına görə dünyada yalnız ABŞ-dan geri qalır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}