Braziliyada COVID-19 xəstələrinin sayı 1,1 milyonu ötdü
Braziliyada son bir gündə koronavirusa yeni 21 432 yoluxma qeydə alınıb.
Şəffaflıq.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, ölkədə koronavirusa yoluxanların artmaqda davam edir. Qeyd edilir ki, təhlükəli infeksiyaya yoluxanların ümumi sayı 1 milyon 106 min 470 nəfərə çatıb.
Ölkədə indiyə qədər koronavirusa yoluxmuş 571 649 insan sağalıb. Bildirilir ki, hazırda daha 483 550 nəfər həkim müşahidəsi altındadır.
Son məlumatlara görə, ölkədə ümumilikdə 51 271 insan pandemiyanın qurbanı olub. Cənubi Amerikanın bu ölkəsində təhlükəli infeksiyadan ölüm faizi 4,6% təşkil edir. Səhiyyə Nazirliyi son 24 saatda yeni 654 ölüm qeydə alıb.
Braziliya dünyada koronavirusa yoluxma hallarının sayına görə ikinci yerdədir. Siyahıda birinci yerdə ABŞ qərarlaşıb. Cənubi Amerika ölkəsi həmçinin pandemiya qurbanlarının sayına görə də dünyada ikinci yerdədir.
Facebook-da paylaş