Braziliyada virus 84 mindən çox insanı öldürdü

 

Braziliya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ötən sutka ölkədə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 59 961 nəfər artıb.

Şəffaflıq.az “TASS”a istinadla xəbər verir ki, ölkədə yoluxanların ümumi sayı 2 287 475 nəfərdir.

Ötən gün xəstəlikdən 1 311 nəfər ölüb və həyatını itirənlərin sayı 84 082-yə çatıb.

Braziliyada 1 570 237 nəfər virusdan sağalıb, aktiv xəstə sayı 633 156 nəfərdir.

Qeyd edək ki, Braziliya COVID-19-a yoluxanların və ölənlərin sayında görə dünyada ikinci yerdədir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}