Əsas Səhifə > Dünya > Braziliyada virus 84 mindən çox insanı öldürdü
Braziliyada virus 84 mindən çox insanı öldürdü24-07-2020, 08:25 |
Braziliya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ötən sutka ölkədə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 59 961 nəfər artıb. Şəffaflıq.az “TASS”a istinadla xəbər verir ki, ölkədə yoluxanların ümumi sayı 2 287 475 nəfərdir. Ötən gün xəstəlikdən 1 311 nəfər ölüb və həyatını itirənlərin sayı 84 082-yə çatıb. Braziliyada 1 570 237 nəfər virusdan sağalıb, aktiv xəstə sayı 633 156 nəfərdir. Qeyd edək ki, Braziliya COVID-19-a yoluxanların və ölənlərin sayında görə dünyada ikinci yerdədir. Geri qayıt |