Braziliyada koronavirusdan ölüm sayı 75 mini ötüb

 

Braziliyada son sutka ərzində daha 39 924 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə həmin ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 1 966 748 nəfər yoluxub. Bu müddət ərzində 75 366 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 1233 nəfər olub.

Həmçinin bu günədək 1,2 milyondan çox xəstə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, Braziliya COVID-19 infeksiyasına yoluxanların və bu virusdan ölənlərin sayına görə dünyada ikinci yerdədir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}