Braziliyada koronavirusa yoluxanların sayı 1,5 milyona çatır
Braziliyada son 24 saat ərzində 48 mindən çox şəxsin COVID-19 testi müsbət çıxıb, infeksiya daşıyıcısı olan 1 252 xəstə vəfat edib.
Şəffaflıq.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə 1 496 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 852 816 nəfər müalicə olunaraq sağalıb.
Bildirilib ki, müalicə alan 61 884 nəfər vəfat edib.
Xəbəri paylaş
Facebook-da paylaş