Azərbaycanda daha 438 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib

 

Azərbaycanda 438 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 11 min 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib, 5 299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}