Əsas Səhifə > Dünya > Braziliyada koronavirusa yoluxanların sayı 1,5 milyona çatır
Braziliyada koronavirusa yoluxanların sayı 1,5 milyona çatır3-07-2020, 09:04 |
Braziliyada son 24 saat ərzində 48 mindən çox şəxsin COVID-19 testi müsbət çıxıb, infeksiya daşıyıcısı olan 1 252 xəstə vəfat edib. Şəffaflıq.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ölkədə 1 496 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 852 816 nəfər müalicə olunaraq sağalıb. Bildirilib ki, müalicə alan 61 884 nəfər vəfat edib. Geri qayıt |