Çexiyada koronavirusa yoluxanların sayı 10 minə çatır
Çexiyada koronavirus infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son 4 gün ərzində COVID-19-dan vəfat edən olmayıb.
Hazırkı dövrədək ölkədə ümumilikdə 9991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7219 nəfər müalicə olunaraq sağalıb, 328 nəfər vəfat edib.
Bildirilib ki, hazırda 2 444 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, 11 xəstənin vəziyyəti ağırdır.
Xəbəri paylaş
Facebook-da paylaş