Əsas Səhifə > Dünya > Çexiyada koronavirusa yoluxanların sayı 10 minə çatır

Çexiyada koronavirusa yoluxanların sayı 10 minə çatır


14-06-2020, 21:11

 

Çexiyada koronavirus infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb. 


Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son 4 gün ərzində COVID-19-dan vəfat edən olmayıb.

Hazırkı dövrədək ölkədə ümumilikdə 9991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7219 nəfər müalicə olunaraq sağalıb, 328 nəfər vəfat edib.

Bildirilib ki, hazırda 2 444 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, 11 xəstənin vəziyyəti ağırdır.




Geri qayıt