Braziliyada COVID-19 diaqnozu ilə ölənlərin sayı 54 mini keçib
Braziliyada 42 725 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxma hallarının sayı 1 188 631 nəfərə çatıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.
Qeyd edilir ki, son sutka ərzində COVID-19-dan daha 1 185 ölüm qeydə alınıb. Pandemiya ərzində koronavirusdan ölənlərin sayı 53 830 nəfərə yüksəlib.
Xatırladaq ki, Braziliya dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə ABŞ-dan sonra ikincidir.
Xəbəri paylaş
Facebook-da paylaş