Əsas Səhifə > Dünya > Braziliyada COVID-19 diaqnozu ilə ölənlərin sayı 54 mini keçib
Braziliyada COVID-19 diaqnozu ilə ölənlərin sayı 54 mini keçib25-06-2020, 07:52 |
Braziliyada 42 725 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxma hallarının sayı 1 188 631 nəfərə çatıb. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib. Qeyd edilir ki, son sutka ərzində COVID-19-dan daha 1 185 ölüm qeydə alınıb. Pandemiya ərzində koronavirusdan ölənlərin sayı 53 830 nəfərə yüksəlib. Xatırladaq ki, Braziliya dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə ABŞ-dan sonra ikincidir. Geri qayıt |