Braziliyada koronavirusdan ölənlərin sayı 19 minə yaxınlaşır
Son bir gün ərzində Braziliyada koronavirusa yoluxma hallarının sayı təxminən 21 min nəfər artaraq 293 mini keçib, ölənlərin ümumi sayı isə 19 min nəfərə çatır.
Şəffaflıq.az xəbər verir ki, bu barədə həmin ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bundan bir gün əvvəl 271 628 nəfərin virusa yoluxduğu bildirilmişdi. Son məlumatlara görə, hazırda virusa yoluxmuşların sayı 293 357 nəfərə çatıb. Son bir gündə ölənlərin sayı 911 nəfər artaraq 18 894-ə çatıb. İndiyədək 116 683 nəfər müalicə edilib.
Braziliya COVID-19 infeksiyasına yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.
Xəbəri paylaş
Facebook-da paylaş