İranda koronavirusdan ölənlərin sayı 290-a çatıb, azı 8 min yoluxan var
İranda koronavirusdan ölənlərin sayı 290-a çatıb və bu virusa yoluxduğu təsdiqlənən xəstələrin sayı 8 mindən yuxarıdır.
Şəffaflıq.az İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son sutkada ölkədə koronavirusdan ölənlərin sayı 54 nəfər, ümumilikdə isə bu rəqəm 291 təşkil edir.
Sözügedən virusa yoluxduğu təsdiqlənən şəxslərin sayı isə 8042 nəfər təşkil edir.
Qeyd edək ki, İran koronavirusun qurbanlarının sayına görə Çin və İtaliyadan sonra üçüncü yerdədir.
Xəbəri paylaş
Facebook-da paylaş