Rusiya KİV-də keçirilən sorğuda çoxluq Moskvanın Bakını dəstəkləməli olduğunu hesab edib
Rusiyanın "Vzqlyad" qəzeti öz saytında "Rusiya Ermənistan-Azərbaycan münaqişəsində kimi dəstəkləməlidir" mövzusunda sorğu keçirib.
Şəffaflıq.az APA-ya istinadən bildirir ki, bu vaxta kimi sorğuda 23 362 nəfər iştirak edib.
Sorğunun nəticələrinə görə, respondentlərin 30,37%-i hesab edir ki, bu münaqişədə Moskva Bakını dəstəkləməlidir. Sorğu iştirakçılarının 16,63%-i isə Ermənistanı dəstəkləməli olduğunu fikirləşir.
Respondentlərin 52,99%-i hesab edir ki, Rusiya münaqişə tərəflərindən heç birini dəstəkləməli deyil.
Xəbəri paylaş
Facebook-da paylaş