Aleksandr Lukaşenko BELARUSUN SON PREZİDENTİ OLMAYACAĞINI DEYİB

 

Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin son dövlət başçısı olacağı fikri ilə razılaşmadığını bildirib.

Onun bu sözləri prezidentin mətbuat xidmətinə yaxınlığı ilə bilinən “Rul pervoqo” aldı teleqram-kanal vasitəsilə yayılıb.

“Birinci olmaq fəxrdir, lakin mən sonuncu olmayacağam”,-deyə A.Lukaşenko söyləyib.

Qeyd etmək lazımdır ki, hələ ötən ilin dekabr ayında Belarus lideri ölkəsinin Rusiya ilə birləşməsinə yol verməyəcəyini açıqlamışdı. Onun sözlərinə görə, hadisələrin bu cür gedişatı mümkün deyil, ona görə ki, o, 25 ildir müstəqil bir dövləti idarə edir.

Aleksandr Lukaşenko, birləşmə ideyasından hələ iki il öncə, Vladimir Putinlə Soçidəki görüş zamanı vaz keçdiyini vurğulayıb. O, həmkarları ilə birlikdə Belarus tarixində ilk dəfə suveren dövlət qurduğunu da iddia edib.

Rusiyada dövlətə yaxın Moskva Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) Beynəlxaq münasibətlərin məkan analizi mərkəzinin 2019-cu ildə keçirdiyi sorğuda Belarus əhalisinin əksəriyyətinin Rusiya ilə ittifaq və ya tərəfdaşlığa rəğbətlə yanaşdığı göstərilib. Ruslar hətta ittifaq yandaşlarının 57,1% civarında olduğunu bildirir.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}