65 yaşlı Lukaşenko sevgilisini deputat seçdirdi

  22 yaşlı “Gözəllik Kraliçası” parlamentdə gəncliyin səsi olacaqBelarus prezidenti ilə xoş münasibətdə olan və “Gözəllik kraliçası” kimi tanınan gənc xanım parlamentdə təmsil olunacaq. Böyük Britaniyanın “The Times” qəzetin bu barədə geniş yazı hazırlayıb.
Məqalədə deyilir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ilə romantik münasibətdə olan 22 yaşlı gözəllik kraliçası parlament seçkilərindən sonra ölkənin ən gənc deputatı elan olunub.
"Mariya Vasileviç 2018-ci ilin mayında “Miss Belarus” tacını aldıqdan sonra 65 yaşlı prezident Lukaşenko ilə tez-tez ictimaiyyət arasında görünürdü. Gözəl xanım hokkey oyunlarında, dövlət festivallarında və 2018-ci ildə Moskvada keçirilən futbol üzrə dünya çempionatında prezidentin yanında idi. Minskdə keçirilən və milli televiziya ilə yayımlanan Yeni il tədbirində isə onlar birlikdə rəqs etdilər", - məqalədə belə deyilir.
“Miss Dünya 2018" yarışmasına hazırlıqlarına isə prezident şəxsən nəzarət edirdi. Həmin yarışda Lukaşenkonun sevimlisi üçüncü yer tutdu. Prezident xanım Vasileviçi “mədəniyyət və xeyriyyəçilik sahəsinə" əhəmiyyətli töhfəsinə görə dövlət medalı ilə təltif edib.
Qəzet yazır ki, Belarusun müxalifət liderləri Lukaşenkoya sadiq partiyaların tam qələbəsi ilə nəticələnən bazar günü seçkilərni saxtakarlıq kimi dəyərləndirib. Siyasi təcrübəsi olmayan xanım Vasileviç isə parlamentdə əsasən gənclərin problemlərindən danışacağını, gəncliyin səsi olacağını söyləyib.
“Cənab Lukaşenkonun keçmiş həyat yoldaşı Qalina (1975-ci ildə evləniblər) əri prezident olandan sonra ondan ayrılıb. Onlar rəsmən boşanmasalar da, ictimaiyyət arasında bir yerdə görünməzlər. Hazırda 65 yaşlı Lukashenko Belarusun şərqindəki bir kənddə yüksək hasarla əhatə olunmuş evdə yaşayır. 2005-ci ildə Qalina prezident Lukaşenkodan ayrı yaşamaq qərarının onun seçimi olduğunu bildirib. Cütlüyün iki oğlu var. Onlardan biri-43 yaşlı Viktor ölkənin Təhlükəsizlik Şurasının üzvüdür və 39 yaşlı Dmitri də eyni yerdə çalışır”, -“The Times” belə yazır.
Prezidentin üçüncü oğlu keçmiş sevgilisi Irina Abelskaya ilə münasibətinin yadigarı sayıla bilər. Cənab Lukaşenki deyir ki, 15 yaşlı Nikolayı ölkə başçısı vəzifəsinə hazırlamağa başlayıb. Nikolay ilk dəfə 4 yaşında -2008-ci ildə hərbi paradda Lukaşenko ilə birlikdə ictimaiyyət qarşısına çıxıb. Adətən o, atasını dövlət ziyarətlərində müşayiət edir. 54 yaşlı Abelskaya oğlu Nikolayla heç vaxt ictimaiyyət arasında görünməyib. Prezident Lukaşenko uşağı himayəsinə götürdükdən sonra ixtisasına görə həkim olan ana dəfələrlə əsəb sarsıntısı keçirib.Musavat.com

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}