"Yaşlı deputat, gənc deputat ifadəsi yanlışdır" - Millət vəkili

 

“Qanunvericilik işləri boks və güləş meydanı deyil. Mən cavanam, filankəs qocadır, sıradan çıxmalıdır düşüncəsi yanlışdır”.

Şəffaflıq.az BakuPost-a istinadən xəbər verir ki, bu sözləri AzTV-də yayımlanan “Çıxışa doğru” verilişində millət vəkili Musa Qasımlı deyib.
Millət vəkili hesab edir ki, parlamentdə yaşlı deputat, gənc deputat fikri yanlışdır: “İcra strukturuna nə qədər enerjili gənc insanlar lazımdırsa, qanunvericilikdə də 3 nəslin pariteti, bəlkə də, üzvi əlaqəsi gözlənilməlidir.

Dünya ölkələrinin təcrübəsinə baxın, ABŞ-ın Nümayəndələr Palatasında bir çoxu yaşlılardır. Bu, təcrübədir. Parlament yeganə yerdir ki, orada düyməni basırsan və sənə verilən reqlamentin müddəti ərzində nə istəyirsən danışırsan - azad və sərbəst. Heç vaxt da söylənilmir ki, sən bunu demə, onu de. Parlamentdə gənc, orta və yaşlı nəslin vəhdəti olmalıdır. Kim söyləyirsə mən hər şeyi bilirəm, məndən deputat olar, bu, yanlış bir şeydir.

Parlament ayrıca bir məktəbdir. Öyrədilməyən, müəllim olmayan bir məktəb. İnsan orda təcrübəlilərə, müdrik insanlara baxıb öyrənir. Gənclər düyməni basıb çılğın danışırlar, amma müdrik insanlar hər hansı bir qanun çıxanda onun müsbət və mənfi tərəflərini, cəmiyyətə nə verəcək, nə verməyəcək, hansı fəsadları ola bilər onu müzakirə edirlər. Parlamentalizm bir ənənədir. Yaşlı deputat, gənc deputat ifadəsi yanlışdır. Burda söhbət yaşdan yox, təcrübə və müdriklikdən gedir".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}