Deputat vəsiqəsini girov qoyan Rafael Cəbrayılov istefa verdi – SON DƏQİQƏ

  Rafael Cəbrayılov Milli Məclisə müraciəti edib.
Parlamentin Hüquq siyasəti və dövlət qoruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin iclasında çıxışı zamanı deyib ki, Rafael Cəbrayılovun müraciəti mandatından imtina etməsi ilə bağlıdır.
“Rafael Cəbrayılov müraciətində seçicilərdən, xalqdan və deputatlardan üzr istəyib və istefa verib”, – Ə.Hüseynli bildirib.
Ə.Hüseynli deyib ki, deputatın mandatdan məhrum edilməsi ilə bağlı son qərarı Mərkəzi Seçki Komissiyası qəbul edir.
Parlament müraciəti Mərkəzi Seçki Komissiyasına göndərəcək və Mərkəzi Seçki Komissiyası qərar qəbul edəcək.
Qeyd edək ki, Rafael Cəbrayılov Təranə Fətəliyeva və Xatirə Nəcəfova adlı vətəndaşlardan toplam olaraq 3SON D00 min ABŞ dollar məbləğində borc pul alıb. Millət vəkili borcu deyilən vaxtda qaytaracağına əminlik yaratmaq üçün III və IV çağırış deputat vəsiqlərini girov qoyub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}