İngiltərədə hökumət böhranı - CONSON DA İSTEFA VERDİ

 


Şəffaflıq.az xəbər verir ki, İngiltərənin baş naziri Boris Consonun qardaşı Co Conson Nazirlər Kabinetindəki vəzifəsindən və millət vəkili mandatından istefa verdiyini bəyan edib.

Co Conson “Tvitter” şəbəkəsindəki paylaşmasında yazıb: “Son həftələrdə mən ailəmə sədaqət ilə milli maraqlar arasında qalmışdım. Bu, həllolunmaz ziddiyyətdir. Artıq mənim parlament üzvü və nazir vəzifələrimi başqasının tutması vaxtı çatıb”.

Breksit məsələsində fikir ayrılıqları vardı

Co Conson Tereza Meyin baş nazir olduğu vaxtda da Nəqliyyat Nazirliyinin London üzrə məsul dövlət katibi vəzifəsində çalışmışdı. Meyin Breksit razılaşmasına qarşı çıxaraq noyabr ayında bu vəzifədən istefa vermişdi.

Co Conson ilə qardaşı Boris Conson arasında Breksit məsələsi ilə bağlı fikir ayrılığı var.

Co Conson istefa mesajında yeni referendum çağırışı edərək yazıb: “Breksit bir zamanlar verilən vədlərdən uzaq bir reallığa çevrildiyi üçün bu məsələ ilə bağlı son sözü xalqa vermək demokratik olacaqdır”.

Boris Conson isə 31 oktyabr tarixində razılaşmalı və ya razılaşmasız şəkildə Britaniyanın Avropa İttifaqından çıxarılmasına israrlıdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}