Prezident Administrasiyasının rəhbəri istefa verdi

 Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Laşa Jvania istefa verib.
Şəffaflıq.az “Report”a istinadən xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb.
 L.Jvania vəzifəsindən azad olunması ilə bağlı dövlət başçısı Salome Zurabişviliyə mart ayında müraciət edib. O, mayın 1-dən etibarən vəzifəsini tərk edəcək.
Qeyd edək ki, L.Jvania 2018-ci ilin dekabrında Gürcüstan Prezident Administrasiyasının rəhbəri təyin olunub. O, indiyədək Gürcüstan Patriarxlığı Fondunun rəhbəri olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}