Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır - Mariya Zaxarova

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması heç bir şəkildə Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"dən asılı deyildir.
Şəffaflıq.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
M.Zaxarova qeyd edib ki, Rusiya Federasiyası Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır:
"Onun statusu siyasi danışıqlar yolu ilə müəyyənləşdirilməlidir. Bunun üzərində də ATƏT-in Minsk Qrupu iş aparır".
Rusiya XİN-nin rəsmisi əlavə edib: "Eyni zamanda, hesab etmirik ki, gələcək sülh prosesinin gedişatı hər hansı bir şəkildə qeyd olunan hadisədən asılıdır".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}