Fransada koronavirus qurbanlarının sayı 29407 nəfərdir
Fransada son bir gündə koronavirusdan ölənlərin sayı 9 nəfər təşkil edir.
Şəffaflıq.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumətin saytında bildirilir.
Qeyd edilir ki, ölkədə ümumilikdə 29 407 nəfər koronvirusdan ölüb. Koronavirus xəstələrinin 19 023-ü xəstəxanalarda vəfat edib. Sosial və tibbi-sosial müəssisələrdə qeydə alınmış ölümlər haqqında məlumatlar iyunun 16-da yenilənməlidir.
Məlumata görə, hazırda xəstəxanalarda 10 881 insan müalicə edilir.
Epidemiyanın başlanğıcından 72,8 mindən çox insan sağalıb və evə buraxılıb.
Xəbəri paylaş
Facebook-da paylaş