Fransada son sutkada 80 nəfər koronavirusdan ölüb
Fransada son sutkada koronavirusdan ölənlərin sayı 80 nəfər artaraq, ümumilikdə 26310 nəfərə çatıb.
Şəffaflıq.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsi məlumat yayıb.
Bildirilib ki, martın 1-dən xəstəxanalarda 16573 nəfər, sosial-tibbi müəssisələrdə isə 9737 nəfər ölüb.
Epidemiya başlayandan bu yana Fransada virusa yoluxmuş 95 min 829 nəfər xəstəxanaya yerləşdirilib. Bunlardan 56 038 nəfər sağalaraq evə buraxılıb.
Xəbəri paylaş
Facebook-da paylaş