Fransada pandemiya qurbanlarının sayı 24 mini keçdi

 

Fransada ötən sutkada 251 nəfər xəstəxanada, 184 nəfər isə qocalar evində olmaqla ümumilikdə 435 nəfər koronavirusun qurbanı olub.

Şəffaflıq.az xəbər verir ki, bunu ölkənin Həmrəylik və Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, koronavirusdan ölənlərin sayı 24 087 nəfərə yüksəlib.

Bundan başqa, yoluxanların sayı 1 607 nəfər artaraq 128 442 nəfərə çatıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}