Fransada koronavirusdan ölənlərin sayı 26 mini keçib

 

Fransada koronavirusdan ölənlərin sayı 26 230 nəfərə çatıb, bir gün ərzində 243 nəfər virusun qurbanına çevrilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Bir gün əvvəl ölənlərin sayı 25 987 nəfər olub.

Xəstəxanalarda 16 497, qocalar evlərində 9733 adamın öldüyü qeyd edilir.

Hazırda 22,7 min insan xəstəxanalarda, 2868 nəfər isə reanimasiyada müalicə alır. Reanimasiyada olanların sayı azalmaqda davam edir (gün ərzində -89).

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}