Fransada koronavirusdan ölənlərin sayı 24 mini ötdü

 

Bu gün səhər saatlarına olan məlumata görə Fransada koronavirusdan ölənlərin sayı daha 166 nəfər artıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, ölkədə epidemiyanın başlanğıcından ölənlərin sayı 24 760 nəfərə çatıb. Rəsmi məlumata görə, onların 15,5 mini xəstəxanalarda ölüb, daha 9,2 min ölüm ictimai-tibbi müəssisələrdə qeydə alınıb.

"Martın 1-dən biz COVID-19-la bağlı 24 760 ölümə ağlayırıq", - rəsmi məlumatda deyilir. Qeyd edilir ki, xəstəxanalarda 15 487 insan, qocalar evlərində 9 273 nəfər vəfat edib.

Fransada koronavirus epidemiyasına görə 17 martdan təcridetmə rejimi tətbiq olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}