Fransada koronavirus qurbanlarının sayı 30 minə çatır
Fransada son bir gündə koronavirusdan ölənlərin sayı 46 nəfər artıb.
Şəffaflıq.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, COVID-19 qurbanlarının ümumi sayı 29,1 min nəfəri ötüb.
"Fransada epidemiyanın başlanğıcından 29 111 insan öldü. Onlardan 18 761 nəfəri xəstəxanalarda, 10 350 nəfər sosial və tibbi-sosial müəssisələrdə vəfat etdi", - idarənin rəsmi məlumatında deyilir.
Xəbəri paylaş
Facebook-da paylaş