Əsas Səhifə > Dünya > Fransada koronavirus qurbanlarının sayı 29407 nəfərdir

Fransada koronavirus qurbanlarının sayı 29407 nəfərdir


15-06-2020, 06:17

 

Fransada son bir gündə koronavirusdan ölənlərin sayı 9 nəfər təşkil edir.

Şəffaflıq.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumətin saytında bildirilir.

Qeyd edilir ki, ölkədə ümumilikdə 29 407 nəfər koronvirusdan ölüb. Koronavirus xəstələrinin 19 023-ü xəstəxanalarda vəfat edib. Sosial və tibbi-sosial müəssisələrdə qeydə alınmış ölümlər haqqında məlumatlar iyunun 16-da yenilənməlidir.

Məlumata görə, hazırda xəstəxanalarda 10 881 insan müalicə edilir.

Epidemiyanın başlanğıcından 72,8 mindən çox insan sağalıb və evə buraxılıb.

Geri qayıt