BP neftçilərin kütləvi ixtisarına başlayır

 

Böyük Britaniyanın neft şirkəti BP Plc.ın koronavirus pandemiyası səbəbilə işçi qüvvəsini bu il 15% azaltmağı planlaşdırdığı bildirilir.

Şəffaflıq.az bildirir ki, bu barədə Reuters öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, BP-nin icraçı direktoru Bernard Looney, işçilərə, 10 min nəfərin ixtisar olunmasının planlaşdırıldığını söyləyib.

Bununla belə, şirkətin spikeri agentliyə mövzu ilə əlaqədar açıqlama verməkdən imtina edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}