ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılmasını tezləşdirir

 

ABŞ Əfqanıstandakı hərbiçilərini 8600 nəfərədək ixtisar etməyi iyunun əvvəlinədək başa çatdırmaq niyyətindədir.

Şəffaflıq.az “Reuters”ə istinadən xəbər verir ki, Kabildəki ABŞ və NATO mənbələri tezləşdirmənin koronavirus pandemiyası ilə bağlı olduğunu bildirib.
Xatırladaq ki, fevral ayının 29-da ABŞ hökuməti ilə “Taliban” hərəkatı nümayəndələri arasında Dohada imzalanmış sülh sazişinə görə ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələri 4,5 ay ərzində 12-13 min nəfərdən 8600 nəfərədək, daha sonra isə konkret vəziyyətə görə 2021-ci ilin may ayına qədər sıfıradək ixtisar olunmalıdır.

Əfqanıstanda olan ABŞ hərbçilərinin artıq 8600-ə yaxın olduğu bildirilir. İlk nöbvədə yardımçı heyətin, habelə koronavirusla bağlı risk qrupundan olanlar vətənə göndərilir.

Ötən gün prezident Donal Tramp Əfqanıstandakı hərbçiləri “məntiqi müddət ərzində” vətənə qaytaracağını bildirmişdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}