Kərkükdəki neft quyularını ABŞ hərbçiləri qoruyacaq
Şəffaflıq.az xəbər verir ki, İraq Türkmən Cəbhəsinin mətbuat katibi Məhəmməd Saman “Anadolu Agentliyi”nin müxbirinə açıqlamasında Bağdadda daha bir müddət hökumətin qurulmayacağı təqdirdə, bölgədə təhlükəsizlik boşluğu yaranacağını bildirərək deyib: “Kərkükdəki neft quyularının təhlükəsizliyini ABŞ hərbçiləri təmin edəcək”.
Kərkükdəki K1 hərbi bazasında yerləşmiş Amerika hərbçilərinin iki gün bundan əvvəl Kərkük rayon mərkəzində görüldüyünü nəzərə çatdıran Saman illərlə xidmət elədikləri hərbi bazalardan bayıra çıxmayan Amerika hərbçilərinin şəhər mərkəzində görünməsinin təsadüf olmadığını bildirib.
Saman baş nazir Adil Əbdülmehdinin istefasından sonra yeni hökumətin qurulması üçün nəzərdə tutulan 15 günlük möhlətin bitməsinə rəğmən, baş nazirin kim olacağının müəyynləşdirilməməsinin narahatlıqverici olduğunu söyləyib.
İraqda yaradılacaq təhlükəsizlik boşluğunun terror təşkilatları tərəfindən “fürsətə çevriləcəyi” təqdirdə bundan ən çox Kərkükün zərər çəkəəcəyini diqqətə çatdıran Saman ABŞ hərbçilərinin belə bir ehtimala qarşı şəhərdəki neft quyularını qorumağa hazırlaşdığını söyləyib.
ABŞ-ın İraqdakı hərbi varlığı
ABŞ 2003-cü ildə işğal elədiyi İraqda təqribən 165 min hərbçisi ilə 2011-ci ilin dekabr ayına qədər qalmış, bu tarixdən sonra o dövrün ABŞ prezidenti Baraka Obamanın təlimatı ilə bütün hərbçilərini İraqdan çıxarmışdı.
2014-cü il iyunun 10-da İŞİD terror təşkilatının meydana çıxmasından sonra o dövrdə İraqın baş naziri olmuş Nuri əl Malikinin çağırışı ilə ABŞ yenidən hərbçilərini İraqa yerləşdirmişdi.
İki ölkə arasında 2014-cü ildə imzalanmış hərbi-strateji müqaviləyə görə, İraqda 5 min nəfərdən artıq ABŞ hərbçisi vardır.
ABŞ-ın İraqda 9 hərbi bazası var.
Facebook-da paylaş