ABŞ nəhəngi işçilərin 10 faizini ixtisar etdi
ABŞ-ın aviasiya nəhəngi olan “Boeing” korporasiyası koronavirus pandemiyası ilə əlaqədar üzləşdiyi çətinliklər səbəbilə bütün dünyada olan işçilərinin 10 faizini ixtisar edir. Bu barədə şirkətin rəhbəri Devid Kelhun müəssisələrin rəhbərlərinə məktubunda məlumat verib.
Korporasiya rəhbərinin sözlərinə görə, pandemiya aviadaşımalara böyük zərər vurduğuna görə “Boeing” bəzi modellərin istehsalını azaltmalı olub: “Aviasiya sektoruna bizim cəmi bir neçə ay əvvəl müşahidə etdiyimiz daşıma həcminə nail olması üçün bir neçə il tələb olunacaq”. Kelhunun sözlərinə görə, ixtisarlar 777 və 787 ailəsindən olan laynerlər üzrə aparılır. Bundan əlavə, iki böyük qəzadan sonra istismarı dayanan 737MAX modellərinin istehsalı da çox ləng bərpa olunur.
“Boeing” rəhbəri bildirib ki, bütün bunların fonunda şirkət rəhbərliyi işçilərin ixtisar olunmasına dair qərar qəbul edib: “Biz çox çalışdıq ki, iş yerlərini saxlayaq, hətta Boeing MAX737-lərin istismarı dayananda belə işdənçıxarmalara getmədik. Lakin istehsalın azalması və koronavirus pandemiyasının mənfi təsiri ilə bağlı məcburuq ki, işçiləri ixtisar edək. Biz işçilərin 10 faizini könüllü və məcburi ödənişsiz məzuniyyət və ştatların yenidən təşkili yolu ilə azaltmaq üçün tədbirlər görməyə başladıq”.
Şəffaflıq.az
Facebook-da paylaş