Neft hasilatının azaldılması tövsiyə edildi - Koronavirusa görə
Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv olan və olmayan ölkələrin formalaşdırdığı OPEC+ formatı üzrə Texniki Komitə koronavirusun yayılmasının iqtisadiyyata təsirini azaltmaq üçün neft hasilatının həcmini gündəlik 600 min barel azaltmağı tövsiyə edib.
“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı yekun qərarı OPEC+ ölkələrinin Nazirlər Komitəsi qəbul edəcək.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş