Almaniyada COVID-19-la bağlı son vəziyyət
Son bir gün ərzində Almaniyada koronavirusdan 22 nəfər ölüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19-la bağlı statistika aparan Robert Kox İnstitutu bildirib. Qeyd edilir ki, AFR-də bütün vaxt ərzində virusa 183 979 yoluxma qeydə alınıb, COVID-19-a yoluxmuş 8 668 pasiyent ölüb. Bununla yanaşı, 169 mindən xəstə sağalıb. Təhlükəli virusa ən çox yoluxma Bavariyada aşkarlanıb. Burada 47 334 nəfərin koronavirusa yoluxması qeydə alınıb. Şimal Reyn-Vestfaliyada 38616 nəfər və Baden-Vürtemberqdə 34 912 insan virus daşıyıcısı kimi qeydə alınıb. Berlində virusa yoluxma ilə bağlı 6997 hal təsdiqlənib.
Facebook-da paylaş