Almaniyada koronavirus qurbanlarının sayı 8,5 minə çatıb

 

Almaniyada COVID-19-a yoluxanların sayı 181 min nəfəri ötüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19-la bağlı xəstəliyin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, Almaniyada ölüm hallarının sayı 8500-ə çatıb, virusa yoluxma hallarının sayı 181482 təşkil edir.

Son gün ərzində yoluxanlarının sayı 286 nəfər artıb, daha 11 nəfər ölüb.

Yoluxma hallarının ən böyük sayı Bavariyada qeydə alınıb. Burada 46917 nəfərin koronavirus testi müsbət olub. Şimali Reyn-Vestfaliyada 38 min sakinə və Baden-Vürtemberqdə isə 34718 nəfərə koronavirus diaqnozu qoyulub. Berlində yoluxanların sayı 6800 təşkil edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}