Almaniyada koronavirusa yoluxanların sayı 162 mini ötdü

 

Almaniyada koronavirusdan ölənlərin sayı 6,6 min nəfəri ötüb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Almaniya Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstələrinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Məlumata görə, AFR-də ötən gün ərzində 74 nəfər koronavirusdan ölüb. Qeyd edək ki, bir gün əvvəl bu rəqəm 94 idi. Ölkədə pandemiya qurbanlarının ümumi sayı 6 649 nəfər təşkil edir.

İnstitut bildirib ki, pandemiya ərzində həkimlər 162 496 insanda koronavirus aşkarlayıblar. Ötən gün xəstələrin say artımı 793 nəfər təşkil edib, koronavirusa yoluxan 130 mindən çox insan sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}