Almaniyada COVID-19-a yoluxanların sayı 170 minə çatır



Almaniyada koronavirusа yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı son bir gün ərzində 667 artıb, 26 nəfər ölüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Qeyd edilir ki, epidemiyanın başlanğıcından ölkədə COVID-19-a 169 218 yoluxma halı aşkar edilib, 7 395 ölüm qeydə alınıb.

Bununla yanaşı, koronavirusa yoluxmuş 144 mindən çox pasiyent sağalıb.

Yoluxma hallarının ən böyük miqdarı Bavariyada aşkarlanıb. Burada 44 265 COVID-19 xəstəsi var. Eyni zamanda Şimali Reyn-Vestfaliyada 34 964 nəfər virusa yoluxub. Pandemiyanın geniş yayıldığı ərazilər siyahısında Baden-Vürtemberqin (33 287yoluxma) də adı var. Berlində 6 261 yoluxma qeydə alınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}