Əsas Səhifə > Dünya > Almaniyada COVID-19-a yoluxanların sayı 170 minə çatır
Almaniyada COVID-19-a yoluxanların sayı 170 minə çatır10-05-2020, 14:59 |
Almaniyada koronavirusа yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı son bir gün ərzində 667 artıb, 26 nəfər ölüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib. Qeyd edilir ki, epidemiyanın başlanğıcından ölkədə COVID-19-a 169 218 yoluxma halı aşkar edilib, 7 395 ölüm qeydə alınıb. Bununla yanaşı, koronavirusa yoluxmuş 144 mindən çox pasiyent sağalıb. Yoluxma hallarının ən böyük miqdarı Bavariyada aşkarlanıb. Burada 44 265 COVID-19 xəstəsi var. Eyni zamanda Şimali Reyn-Vestfaliyada 34 964 nəfər virusa yoluxub. Pandemiyanın geniş yayıldığı ərazilər siyahısında Baden-Vürtemberqin (33 287yoluxma) də adı var. Berlində 6 261 yoluxma qeydə alınıb. Geri qayıt |