Almaniyada 8 489 nəfər koronavirusdan ölüb

 

Almaniya Federativ Respublikasında (AFR) bir gündə yeni koronavirusa yoluxanların sayı daha 738 nəfər artıb, 39 insan ölüb.

Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, AFR-də bütün vaxt ərzində virusa 181 196 yoluxma qeydə alınıb. COVID-19-dan 8 489 pasiyent ölüb. Qeyd edilir ki, ölkədə virusa yoluxmuş 165 minə yaxın pasiyent sağalıb.

Almaniyada koronavirusa ən çox yoluxma halları Bavariya da qeydə alınıb. Burada 46 854 nəfər COVID-19-a yoluxub. 


Şimal Reyn-Vestfaliya da 37 910, Baden-Vürtemberq34 718 nəfər virusdaşıyıcısı hesab edilir. Berlində koronavirusa 6 767 yoluxma qeydə alınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}